Parlamentdə gərginlik: Deputatımızın çıxışı kəsildi - Video

Parlamentdə gərginlik: Deputatımızın çıxışı kəsildi - Video

17 May 2018 09:13
Bəyəndim (0) Bəyənmədim (0)

Biz 40 milyon türkük, amma türk dilində nə televiziya var, nə qəzet.

Mediainfo.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Urmiyanın millət vəkili Nadir Qazipur İran parlamentində çıxışı zamanı deyib. Millət vəkili İran hökumətinin türk dili ilə bağlı siyasətini tənqid edib.

Onun fikirlərinin gündəmdəki mövzuya uyğun olmadığını deyən vitse-spiker Morteza Mötəhəri Qazipurun çıxışını yarıda kəsib və onu mövzuya uyğun danışmağa səsləyib.

Qazipur isə ona cavabında "nəinki xalqımızın, mənim də haqqıma girdiniz və mikrofonun səsini 3 dəfə kəsdiniz" deyib.