Ukraynada prezident seçkilərinə 84 milyon dollar xərclənəcək
Ukraynada prezident seçkilərinə 2,35 milyard qrivna (84 milyon dollar), parlament seçkilərinə isə1,95 milyard qrivna (70 milyon dollar) xərclənəcək.
Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı məlumatda deyilir:
"2019-cu il üçün Mərkəzi Seçki Komissiyasının büdcəsi məlum olub. Bu il prezident seçkilərinin keçirilməsi üçün dövlət büdcəsindən 2 milyard 354 milyon 880 min qrivna ayrılıb"
Uİkrayna MSK-nın yaydığı məlumatda həmçinin bu il keçiriləcək parlament seçkiləri üçün də dövlət büdcəsindən ayrılan vəsaitin həcmi açıqlanıb. Ukraynada keçiriləcək növbəti parlament seçkilərinə dövlət büdcəsindən 1,95 milyard qrivna (70 milyon dollar) ayrılıb.
Qeyd edəki ki, Ukraynada prezident seçkiləri bu ilin mart ayının 31-də, parlament seçkiləri isə oktyabr ayının 27-də keçiriləcək.