Ermənistan Danimarkadakı səfirliyini bağladı

Ermənistan Danimarkadakı səfirliyini bağladı

31 Yanvar 2019 12:26
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Danimarkadakı səfirliyini bağlayıb.

Bunu "Sputnik Ermənistan"a açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan deyib. Onun sözlərinə görə, bu ölkədəki səfirlik İsveçdəki diplomatik nümayəndəliklə birləşdiriləcək. Bununla Ermənistanın İsveçdəki səfirliyinin Danimarka, İsveç, Finlandiya, Norveç və İslandiya istiqamətində eyni vaxtda xidmət göstərəcəyi vurğulanıb.

Birləşdirilən səfirliyin rəhbəri vəzifəsinin Aleksandr Arzumanyana verildiyi vurğulanıb. (axar.az)