Estoniyada "Sputnik"ə qadağa qoyulacaq
Estoniyada Rusiya xüsusi xidmət orqanlarının nəşri hesab edilən "Sputnik" agentliyinə qarşı sərt tədbirlər həyata keçiriləcək.
Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Mühafizəkar Xalq Partiyasının (EKRE) parlamentdəki nümayəndəsi Urmas Reytelman "Sputnik"i Rusiyanın casus şəbəkəsi adlandırıb. O deyib ki, Mühafizəkarlar hakimiyyətə gələrsə, "Sputnik"in yerli ofisi qapadılacaq: "Bu kanalın bizə ancaq zərəri var. Onun ofisini indi də bağlamaq mümkündür. Amma biz hakimiyyətə gəlməyimizi gözləyirik. Rusiyanın casus şəbəkəsinə ölkəmizdə yer olamamlıdır".
"
Digər xəbərlər