Venesuela ABŞ-ı ölkədə qeyri-qanuni silahlı dəstələr yaratmaqda günahlandırıb

Venesuela ABŞ-ı ölkədə qeyri-qanuni silahlı dəstələr yaratmaqda günahlandırıb

1 Mart 2019 16:16
Bəyəndim (0) Bəyənmədim (0)

Venesuelanın vitse-prezidenti Delsi Rodriges bildirib ki, ABŞ ölkədəki mövcud rejimi devirmək üçün silahlı dəstələr hazırlamağa cəhd edir.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Sergey Lavrovla görüşünün nəticələrinə həsr edilən mətbuat konfransında Venesuelanın vitse-prezidenti Delsi Rodriges deyib: "ABŞ ölkəmizdə qeyri-qanuni silahlı dəstələr hazırlamaq üçün müəyyən cəhdlərə baş vurur. Heç kəsə sirr deyil ki, ABŞ dünyanın müxtəlif ölkələrində terrorçu dəstələr hazırlamaqla, terrorçuluqla, ekstremist qrupları silahlandırmaqla məşğuldur. Amma bizim xalqımız ordumuzla birlikdə sona kimi müstəqilliyimizi müdafiə edəcək".