ABŞ türk pilotlarından imtina edir
ABŞ Ankaranın S-400-lərlə bağlı planlarına görə türk pilotlara verilən F-35 təlimlərini dayandıra bilər.
Bu barədə "Röyter" yazıb.
Məlumata görə, hələlik təlimlərin dayandırılacağı halda türk pilotların Arizonadakı "Luke" bazasını tərk edib-etməyəcəyi aydın deyil. Belə ki, onlar əsas qərara qədər bazada da qala bilərlər.
Nəşrə danışan mənbələr Donald Tramp administrasiyasının hələlik bu barədə yekun qərar vermədiyini bildirib. (axar.az)
Digər xəbərlər