Tramp: Silahlara nəzarətlə bağlı yeni razılaşma əldə etmək niyyətindəyik

Tramp: Silahlara nəzarətlə bağlı yeni razılaşma əldə etmək niyyətindəyik

5 Noyabr 2019 13:16
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Rusiya və Çinlə silahlara nəzarət müqaviləsi bağlamaq istəyir.

TASS xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

“Bununla birlikdə, biz başqaları ilə də silahlara nəzarətlə bağlı yeni razılaşma əldə etmək niyyətindəyik”, - deyə D.Tramp əlavə edib.

ABŞ lideri Strateji Hücum Silahlarının azaldılması və məhdudlaşdırılması tədbirləri haqqında müqavilənin bitməsini də şərh edib:

“Biz artıq silahlara nəzarət üzərində işləyirik. Çinlə, Rusiya ilə iş görürük. Mənə elə gəlir ki, hər kəs xüsusilə də nüvə silahı məsələsində bunu istəyir”.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)