Müxalifət Belarus parlamentinə keçmədi - Video

Müxalifət Belarus parlamentinə keçmədi - Video

18 Noyabr 2019 15:34
Bəyəndim (1) Bəyənmədim (0)

Seçkilərin nəticələrinə görə Belarus müxalifətinin nümayəndələri parlamentin tərkibinə daxil olmadılar.

MSK-nın məlumatına görə, Belarus vətənpərvərlik partiyasını, Respublika əmək və ədalət partiyasını, Liberal-Demokrat Partiyasını, həmçinin müxalifət qüvvələrinə aid olmayan "Ağ Rusiya" ictimai birliyini təmsil edən deputatlar parlamentin aşağı palatasına seçiliblər.

Parlamentdə 513 namizəd var idi.

Oxumeni.az evronews-a istinadən xəbər verir ki, seçkilərdə seçici fəallığı 77% - i ötüb, bununla yanaşı, Minsk paytaxtının sakinləri daha az fəallıq göstəriblər.

Plan üzrə Belarus parlamentinə seçkilər gələn il baş tutmalı idi, lakin aprel ayında ölkə Prezidenti Aleksandr Lukaşenko onların payızda keçiriləcəyini elan etdi.

Ötən seçkilərin nəticələrinə görə parlamentə iki müxalif namizəd keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)