İbn Sinaya həsr edilmiş əsərin surəti Bakıya gətirildi

İbn Sinaya həsr edilmiş əsərin surəti Bakıya gətirildi

6 Yanvar 2019 21:19
Bəyəndim (0) Bəyənmədim (0)

Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Məşhədin Astane-Qüdse-Rəzəvi kitabxanasından Orta Asiyanın böyük alimi Əbu Əli ibn Sinaya həsr edilmiş "Qisseyi-Əbu Əli Sina" adlı əsərin surətini əldə edib.

Azərbaycan turkcəsində yazılmış bu əsər Osmanlı imperatoru II Səlimin oğlu, 21 il hakimiyyətdə olmuş III Murada (1574-1595) hədiyyə edilib. 99 vərəqdən ibarət, əsas hissəsi nəsrlə, əvvəli və sonu nəzmlə yazılmış bu əsərdə İbn Sina barədə tarixi faktlarla bərabər rəvayətlər də toplanıb.

Unikal.org