İtaliya millisinin 37 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb
Futbol üzrə İtaliya millisinin ardıcıl 37 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb.
Oxuməni.az-ın məlumatına görə, bu, yığmanın İspaniyaya qarşı UEFA Millətlər Liqasının final mərhələsinin yarımfinal matçında baş verib.
Milanda "San-Siro" stadionunda keçirilən görüş ispanların qələbəsi ilə başa çatıb - 2:1. Luis Enrikenin komandası finala yüksəlib. İtaliyanın isə 37 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub.
Qeyd edək ki, digər yarımfinal qarşılaşmasında bu gün Belçika və Fransa yığmaları üz-üzə gələcək.
İtaliya - İspaniya - 1:2
Qollar: Pelleqrini, 83 - Torres, 17, 45+2
Qırmızı vərəqə: Leonardo Bonucci (İtaliya)
Milan, "San-Siro" stadionu
Digər xəbərlər