Həmyerlimiz erməni rəqibinə qalib gəldi!

Həmyerlimiz erməni rəqibinə qalib gəldi!

13 Dekabr 2012 11:13
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Kalininqrad şəhərində davam edən boks üzrə 19-22 yaşlılar arasında Avropa çempionatında daha bir Azərbaycan idmançısı 1/4 finala yüksəlib. Belə ki, Elvin İsayevin (60 kq) ardından Heybətulla Hacəliyev də mərhələ adlayıb. 64 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Almaniyanı təmsil edən erməni əsilli Artyom Arutunyandan üstün olub – 17:11. O, 1/4 finalda Belarus təmsilçisi Aleksek Qaletiçlə üz-üzə gələcək. Xatırladaq ki, İsayev 1/8 finalda Ermənistan yığmasının üzvü Ohanes Baçkova qalib gəlmişdi.

O.M.