Olimpiadada 40-dan çox idmançı COVID-ə yoluxdu - ÜST
2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında 40-dan çox idmançı COVID-19-a yoluxub, Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Maria Van Kerkhove brifinqdə bildirib.
Onun sözlərinə görə, son aylarda bir çox ölkələrdə mövsümdən asılı olmayaraq, COVID-19-a yoluxma hallarında artım müşahidə olunub.
Daha əvvəl 5 avstraliyalı su polosu, üzgüçülük üzrə üçqat olimpiya çempionu britaniyalı Adam Piti, avstraliyalı üzgüçü Lani Pallisterin koronavirus infeksiyasına yoluxduğu bildirilmişdi. Belçika millisində bir neçə COVID-19 hadisəsi qeydə alınıb.
Oxuməni.az
Digər xəbərlər