Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək

3 Dekabr 2014 13:30
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Assosiasiyanın inzibati binasında baş tutacaq tədbir saat 11:00-da başlayacaq. Yığıncağın əsas mövzusu millilərin baş məşqçilərinin təsdiqlənməsidi. Komitə həm əsas, həm də U-21 komandasının yeni çalışdırıcısını rəsmiləşdirməlidi.

Əsas milliyə hazırda ölkəmizdə olan xorvatiyalı Robert Prosineçkinin təyinatı gözləniləndisə, gənclər yığması ilə bağlı tam müəyyənlik yoxdu. Ümumilikdə isə gündəlikdə 5 məsələ, həmçinin digər mövzuların müzakirəsi də yer alıb.

1. Məşqçilər Komitəsinin yaradılmasının, Əsasnaməsinin və üzvlərinin təsdiqi

2. Milli komandanın baş məşqçisinin təsdiqinin müzakirəsi

3. U-21 yığmasının baş məşqçisinin təsdiqinin müzakirəsi

4. Klublar Komitəsinin yaradılmasının və Əsasnaməsinin təsdiqi

5. Lisenziyalaşdırma qrupunun məlumatı

6. Digər məsələlər

-------

Artıq İcraiyyə Komitəsi Robert Prosineçkimi baş məşqçi postuna təsdiqləyib. 45 yaşlı xorvatiyalı mütəxəssis bu postda almaniyalı Berti Foqtsu əvəzləyib. O, artıq İcraiyyə Komitəsinin iclasına qatılıb.

Prosineçkinin 6 köməkçisi olacaq ki, onlardan üçü xorvatiyalı, üçü isə azərbaycanlı olacaq.

21 yaşadək futbolçulardan ibarət yığmamıza isə 10 məşqçi namizəddi. Hələlik onların adları açıqlanmır.

Mediainfo.az