Türk həkiminin savadsızlığı idmançı qızın həyatını alt-üst etdi - FOTO
Mediainfo.az xəbər verir ki, Türkiyənin qadın cüdoçusu Burcu Hantuk iki ay öncə Tekirdağda keçirilən "Ümidlər Türkiyə Çempionluğu" yarışmasının birincisi olub. O, mart ayında Avropa keçiriləcək cüdo üzrə yarıçmada iştirak etməyə hazırlaşıbmış. Amma qəfil baş verənlər bu idmançı qızın bütün arzularını alt-üst edib. Hazırda o, ölümlə qalım arasında çarpışmaqdadır…
Bu günlərdə keçirilən yarışmaların birində iştirak edən Burcu Hantuk sağ dirsəyindən möhkəm yaralanıb. Dərhal onun yarasına buz qoyulub. Həmin an Burcu xanım ağrını hiss etməsə də, evə gələndən sonra atası onu Balıkesir Atatürk Dövlət Xəstəxanasına aparmaq məcburiyyətində qalıb. Rentgen müayinəsindən sonra məlum olub ki, qolda qırıq yoxdur. Lakin get-gedə həkim görüb ki, qol göyərmək üzrədir. Yenidən rentgen olunub və bu dəfəki nəticə də eyni olub.
Bununla belə, cüdoçu qızın qolu əməliyyata məruz qalıb. Yenə də Burcunun vəziyyəti ağırlaşıb. İşi belə görən valideynləri dərhal qızı Bursa Uludağ Univesitetinin Tibb fakultəsi Xəstəxanasına çatdırmalı olublar.
Dərdli ata İbrahim Hantuk müsahibəsində bildirib ki, qızı hazırda bağlandığı cihaz sayəsində yaşayır. Bədəni antibiotikləri qəbul etmir, deyilənə görə, zəhərlənib. Yaşama ümidi çox azdır: "Qızımın qolunun kəsiləcəyi belə deyilir. Ağır dərddir bizim üçün. Əgər Balıkesir Xəstəxanasında savadlı həkim olsaydı, bəlkə də başımıza bunlar gəlməzdi!"
Günel Həbib