Azərbaycan Ermənistanı məğlub etdi
50 kq çəkidə çıxış edən Yunan-roma güləşçimiz Vilayət Qəhrəmanlı Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclərin Dünya birinciliyinin ilk günü öz çəkisində hamıdan güclü olub.
Mübarizəyə 1/8 finalda erməni idmançısı Rudik Mkrtıçyan üzərində qələbə ilə başlayan (2-0, 2-0) Vilayət daha sonra Gürcüstan təmsilçisi Nika Tsetkaladzeni məğlub edib. (6-0, 1-0). Yarımfinalda Rusiya güləşçisi Pavel Vasilenko da pəhləvanımızın qarşısında duruş gətirə bilməyib: 5-0, 1-0. Nəhayət, həlledici qarşılaşmada Vilayət Qəhrəmanlı Qazaxıstanlı Janserik Sarsenbiyevlə üz-üzə gəlib və ilk yarıda 1-0 hesabı ilə üstün olub. 2-ci hissədə hesab 3-0 Vilayətin xeyrinə olarkən rəqibin bilərəkdən və ya bilməyərəkdən ona əsl boksçu zərbəsi ilə üzünə vurması nəticəsində idmançımız ciddi xəsarət alıb. Beləcə, hakimlər vəziyyəti nəzərə alaraq Qazaxıstan güləşçisinə xəbərdarlıq verməklə Vilayətin qalib gəlməsini elan ediblər.
İdmanımız inkişaf edir. Çünki dövlət qayğısı var. Kaş ki, internet jurnalistikası da idmanın bir növü sayılardı...
Günel Həbib
O.M.