Yığmamız Macarıstana 7 boksçu ilə yollanır

Yığmamız Macarıstana 7 boksçu ilə yollanır

2 Fevral 2016 15:22
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 3-də Macarıstanın Debretsen şəhərində ilin ilk mötəbər boks turnirinə start veriləcək. Apasport.az saytının məlumatına görə, əsası 1956-cı ildə qoyulan Boskai memorialında 29 ölkənin 168 dəri əlcək ustası mübarizə aparacaq.

Yarışda iki dünya, 7 Avropa çempionu, həmçinin Avropa Oyunlarının 6 qalibi çıxış edəcək. Azərbaycan milli komandası Pedro Roqe və Lazaro Ximenes Martinesin rəhbərliyi altında yarışda 7 boksçu ilə təmsil olunacaq.

Yığmamız Macarıstan turnirinə yetərincə güclü heyətlə yollanıb. Dünya çempionu, Avropa Oyunlarının qalibi, ötən mövsüm WSB liqasında bütün görüşlərini qələbə ilə başa vurmuş Albert Səlimov yarışın ən titullu idmançılarındandı. Avropa Oyunlarının qalibi, iki dəfə dünya çempionatlarının mükafatçısı olmuş Teymur Məmmədov, Abdulqadir Abdullayev kimi tanınan boksçularımız da Debretsendə rinqə çıxacaqlar.

Milli komandamızın heyəti
49 kq: Rüfət Hüseynov
56 kq: Tayfur Əliyev
60 kq: Albert Səlimov
64 kq: Lorenzo Sotomayor
75 kq: Kamran Şahsuvarlı
81 kq: Teymur Məmmədov
91 kq: Abdulqadir Abdullayev
Qeyd edək ki, Macarıstan millisi bu yarışa Kubada yerli komanda ilə birgə hazırlaşıb. Ötən il Boskai turnirində millimizin iki üzvü - Məsud Yusifzadə (52 kq) və Xaybulla Musalov (75 kq) 1-ci yerə layiq görülmüşdülər.

Mediainfo.az