Bir oyunda 21 qol vurdu - yeni rekord

Bir oyunda 21 qol vurdu - yeni rekord

10 Oktyabr 2017 09:51
Bəyəndim (0) Bəyənmədim (0)

İsveç çempionatının VI divizionunda keçirilən "Esklistun" – "Estermalm" oyununda rekord qeydə alınıb.

Qol.az-ın məlumatına görə, meydan sahiblərinin futbolçusu Sebastyan Niqard 21 qola imza atıb.

Görüş Niqardın komandasının 28:3 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, buna qədər bir oyunda ən çox qol vuran Cəbəllütariqin "Kollec Avropa" klubunun futbolçusu Pedro Karrion olub. O, "Britanniya XI" qarşılaşmada 11 qol vurub.