Azərbaycan naziri İsraildə qəflətən dünyasını dəyişdi

Azərbaycan naziri İsraildə qəflətən dünyasını dəyişdi

24 İyun 2018 07:04
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Müdafiə Sənayesi naziri Yavər Camalov İsraildə qəflətən dünyasını dəyişib.

Axar.az bu barədə mərhumun yaxınlarına istinadən xəbər verir.

Nazirimiz xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, İsraildə xəstəliyi ilə bağlı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, bu, vəzifə başında dünyasını dəyişən ikinci nazirimizdir. Ötən ilin iyununda Energetika nazirimiz Natiq Əliyev Türkiyədə müalicə aldığı xəstəxanada ürəyindən dünyasını dəyişmişdi.