Bakıda tuneli bağlayıb şampan partladan gənclərlə bağlı ARAŞDIRMA BAŞLADI
Bir neçə gündür sosial şəbəkələrdə Bakının mərkəzi küçələrindən birində bir qrup gəncin nəqliyyatın intensiv hərəkətinin olduğu tuneli bağlayaraq şadyanalıq etməsini əks etdirən video yayılıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Lent.az-a açıqlmasında bildirib ki, həmin görüntülərlə tanış olublar: " Görüntülərlə bu gün tanış olmuşuq. Rəhbərlik səviyyəsində məruzə olunub və araşdırma başlayıb. Lakin sizin də gördüyünüz kimi, həmin video keçmiş tarixə aidir. Hazırda sözügedən görüntünün tarixi, saatı və məkanı bəlli deyil. Lakin idarədə hazırda araşdırma davam edir. Araşdırma nəticə verərsə sözügedən gənclərlə bağlı qanunvericiliyə uyğun olaraq sərt tədbirlər görüləcək".




































































.jpg)


























