ABŞ-da dağıdıcı tornado-video

ABŞ-da dağıdıcı tornado-video

20 İyul 2018 09:07
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Ayova ştatında güclü tornado baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində xəsarət alanların olduğu bildirilir.

Pella şəhərində sənaye müəssisələrdən birinə ciddi ziyan dəyib, bir neçə nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Marşalltaun şəhərində yaşayış evləri dağılıb, sakinlər təxliyə edilib. Güclü külək yerli xəstəxanaya ziyan vurub, xəstələr digər tibb ocaqlarına köçürülüb.