Mənzildə köməksiz qalan xilas edilib
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır.
Mediainfo.az-ın verdiyi xəbərə görə, çağırış ünvanına cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.
Zaqatalada tövlə yanıb
Zaqatala rayonunun Aşağı Tala kəndində ümumi sahəsi 36 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə və içərisinə yığılmış 4 ton ot bağlamasının 1,5 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.











































.jpg)


















































