Azərbaycanda 2 uşağını şadlıq evinin qarşısına atıb gedən ana tapıldı

Azərbaycanda 2 uşağını şadlıq evinin qarşısına atıb gedən ana tapıldı

4 Fevral 2019 10:39
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən axşam saatlarında Bərdə şəhərində yerləşən şadlıq evinin qarşısında tapılan 2 körpənin valideynlərinin kimliyi müəyyənləşib.

Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi araşdırmalar zamanı uşaqları küçəyə atıb uzaqlaşan qadın tapılıb və o, şöbəyə dəvət edilib. Hazırda 8 aylıq və 2 yaşlında olan bacı-qardaş Bərdə rayon Mərkəzi Xəstəxanasındadır.

Xəstəxanadan Publika.az-a bildirilib ki, körpələrin vəziyyəti yaxşıdır və heç bir tibbi yardıma ehtiyacları yoxdur.

Məlumata görə, uşaqların anası onları toydan sonra şadlıq evinin qarşısına ataraq gedib. Onların ailəsində problemlərin olduğu, qadının da bu səbəbdən belə bir addım atdığı bildirilir.

Araşdırmalar davam etdirilir.