Köməksiz vəziyyətdə mənzildə qalan 2 nəfər xilas edilib

Köməksiz vəziyyətdə mənzildə qalan 2 nəfər xilas edilib

6 Fevral 2019 09:16
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 2 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır.

Mediainfo.az-ın verdiyi xəbərə görə, çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.

***

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 1000 m² olan birmərtəbəli tikilinin (hazırda fəaliyyət göstərmir) dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür

***

Salyan rayonunun Qarabağlı kəndində ümumi sahəsi 30 m² olan tikilinin (avtomobil təmiri sexi kimi fəaliyyət göstərir) içərisində təkərlər və 2 ədəd təmir avadanlığı qismən yanmışdır. Tikili yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qazax rayonunda "VAZ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılmışdır. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sərnişin 1997-ci il təvəllüdlü Hüseynov Roman Kamran oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.