İsmayıllıda ev, Mincəçevirdə maşın yanıb

İsmayıllıda ev, Mincəçevirdə maşın yanıb

12 Fevral 2019 09:26
Bəyəndim (0) Bəyənmədim (0)

İsmayıllı rayonunun İvanovka kəndində ümumi sahəsi 48 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar qismən yanmışdır.

Mediainfo.az-ın verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Mingəçevir şəhərində "Toyota" markalı minik avtomobilinin yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş vermişdir. Yanğın nəticəsində avtomobilin yanar hissələri yanmışdır. Yaxınlıqdakı elektrik dirəkləri yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.