Xaçmaz və Göy-göl rayonunda yanğın olub
Xaçmaz rayonunun Xaspoladoba kəndində ümumi sahəsi 144 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində yerləşən qarajın taxta konstruksiyalardan ibarət tavanı 30 m² sahədə və qarajda olan "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır.
Mediainfo.az-ın verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;
Göygöl rayonunda ümumi sahəsi 30 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Digər xəbərlər











































.jpg)


















































