Şaxtalı hava Moskvada hava yolunu iflic edib

Şaxtalı hava Moskvada hava yolunu iflic edib

23 Fevral 2019 08:18
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın paytaxtı Moskvada qarlı və şaxtalı hava şəraiti hava limanlarının fəaliyyətində ciddi problemlər yaradıb.

Vnukovo hava limanında 9 reys təxirə salınıb.

Domodedovoda 6 reys təxirə salınıb, 15-i ləğv edilib. Şeremetyevoda isə 43 reys gecikib.

Ümumilikdə 65 reysin qrafikində problemlər yaşanıb.

Qeyd edək ki, bir gün öncə 30-dan çox reys txirə salınmış və ləğv edilmişdi. (qafqazinfo)