Bakıda çoxmərtəbəli binada yanğın – 13 nəfərin halı pisləşdi YENİLƏNİB-1 - VİDEO
Bakının Yasamal rayonunda çoxmərtəbəli binada yanğın başlayıb.
Hadisə Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.
Digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Əlavə məlumat veriləcək.
Bakının Yasamal rayonunda çoxmərtəbəli binada başlayan yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə yerinə Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının 5 briqadası göndərilib. Stansiyadan BAKU.WS-ə verilən məlumata görə, ümumilikdə hadisə zamanı 13 nəfər xəsarət alıb. 5 uşağa və 6 böyüyə yerində yardım göstərilib. 1 nəfər 3 aylıq körpə, 26 və 53 yaşlı qadınlar və 43 yaşlı kişi Taksikologiya şöbəsinə gətirilib vəziyyətləri orta ağırdır. Baku.vvs
Digər xəbərlər











































.jpg)


















































