Qara dənizdə türk balıqçılar güllələndi

Qara dənizdə türk balıqçılar güllələndi

26 Fevral 2019 21:17
Bəyəndim (0) Bəyənmədim (0)

Rumıniyanın Sahil Təhlükəsizliyi Xidmətinin əməkdaşları Türkiyəyə məxsus balıqçı gəmisini atəşə tutub.

, Türkiyənin Ordu şəhərindən açıq dənizə çıxan 14 metrlik balıqçı gəmisi beynəlxalq sularda Rumıniyanın Sahil Təhlükəsizliyi Xidmətinin katerləri tərəfindən izlənilməyə başlanılıb və "Dayan" əmrinə tabe olmayan türk gəmisi atəşə tutulub.

Olayda 3 balıqçının yaralandığı, gəminin də zərər gördüyü deyilib.

Böyük qorxu yaşayan 8 nəfərlik balıqçı heyəti rabitə əlaqəsinə girərək yardım çağırmaq məcburiyyətində qalıb.

Daha sonra Rumıniya tərəfinin gəmiləri də geri çəkildikdən sonra türk balıqçılar İstanbula qayıdıb. (axar.az)