Tovuzda və Sabirabadda yanğın olub
Tovuz rayonunun Aşağı Quşçu kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 10 m² sahədə yanıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Sabirabad rayonunun Moranlı kəndində ümumi sahəsi 270 m² olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları 180 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Digər xəbərlər









































.jpg)




















































