Rövşən Almuradlı dayanacaqda qəflətən öldü

Rövşən Almuradlı dayanacaqda qəflətən öldü

2 Aprel 2019 10:20
Bəyəndim (0) Bəyənmədim (0)

Tanınmış rejissor və ssenarist Rövşən Almuradlı vəfat edib.

Hadisə Sumqayıtda, Sahil küçəsindəki dayanacaqda baş verib. Belə ki, R.Almuradlı avtobus gözləyərkən qəflətən vəziyyəti pisləşib. Əraziyə dərhal təcili tibbi yardım çağırılıb. Xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Mərhumun ölüm səbəbi bilinmir.

Onun meyiti müayinə üçün aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, 1954-cü il təvəllüdlü Rövşən Almuradlı "Hücum", "Cavad xan" və bir sıra filmlərin rejissorudur.