FHN: “Diqlas” ticarət mərkəzi söküləcək

FHN: “Diqlas” ticarət mərkəzi söküləcək

4 Aprel 2019 17:31
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzi söküləcək.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatda bildirilib ki, mütəxəssislər "Diqlas" ticarət mərkəzinin sökülməsi ilə bağlı rəy veriblər.

Xatırladaq ki, martın 26-da Bakı şəhərinin Nizami rayonundakı Qara Qarayev prospektində yerləşən "Diqlas" ticarət mərkəzi yanıb.

Bununla əlaqədar martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Həmin gün dövlətimizin başçısı "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında Sərəncam imzalayıb