Böyük Britaniyada qarlı hava şəraiti həyatı iflic edib
Böyük Britaniyada hava gözlənilmədən kəskin şəkildə dəyişib.
Mediainfo.az-ın euronevvs-ə istinadən verdiyi xəbərə görə, hava şəraitinin kəskin dəyişməsi yollarda tıxacların yaranmasına, hava limanlarında təyyarələrin gecikməsinə gətirib çıxarıb. Qarlı hava ən çox ölkənin mərkəzi və cənub hissələrində nəqliyyatın işinə pis təsir edib. Yolların buz bağlaması nəticəsində avtomobil qəzalarının sayı kəskin şəkildə artıb. Nəticədə ölüm halları baş verib. Qarlı və şaxtalı havanın azı 2-3 gün davam edəcəyi bildirilir.
Digər xəbərlər









































.jpg)




















































