Ağdaşda hamilə qadın  intihar edib

Ağdaşda hamilə qadın intihar edib

11 Aprel 2019 11:12
Bəyəndim (0) Bəyənmədim (0)

Ağdaşda intihar hadisəsi baş verib.

Hadisə ötən gecə saat 03:00 radələrində qeydə alınıb. Rayonun Nehrəxəlil kənd sakini, 1995-ci il təvəllüdlü İslamova Səidə Ağaməmməd qızı özünü rayon ərazisindən keçən Türyançay çayına atıb. Nəticədə qadın boğularaq ölüb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Qadının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, S.İslamova yeddi aylıq hamilə imiş.(ona)