Neftçala və Lənkəranda yanğın olub
Neftçala rayonunun Qaçaqkənd kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin (dam örtüyü qamışdan ibarətdir) yanar konstruksiyaları və yaxınlıqdakı ümumi sahəsi 108 m² olan birmərtəbəli evin lambirindən ibarət üzlüyü 4 m² sahədə yanıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Lənkəran şəhərində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin aynabəndində həcmi 5 litr olan məişət qaz balonu və tavan 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Digər xəbərlər









































.jpg)




















































