İndoneziyada daşqınlar nəticəsində on nəfər həlak olub

İndoneziyada daşqınlar nəticəsində on nəfər həlak olub

28 Aprel 2019 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

İndoneziyanın Benkulu əyalətində baş verən daşqınlar nəticəsində 10 nəfər həlak olub, 8 nəfər isə itkin düşüb.

Bu barədə aprelin 28-də Antara agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, aprelin 26-da yağan güclü yağışlar səbəbindən bir neçə çayın daşması nəticəsində ətraf rayonları su basıb. Daşqınlar nəticəsində torpaq sürüşmələri də baş verib ki, bu da Benkulu əyalətinin həm rayonları arasında, həm də digər əyalətlərlə əlaqəsinin kəsilməsinə səbəb olub.

Benkulu əyalətinin qubernatoru Ruhidin Mersyah bəyan edib ki, hazırda xilasedicilər daşqınların ziyan vurduğu ərazidə əhalinin təxliyəsini həyata keçirirlər.