Şəki rayonuna yağan güclü dolu fəsadlara yol açıb
Son günlər respublikamızın ərazisində özünü göstərən təbii fəlakət Şəki rayonunda da fəsadlara yol açıb.
Mediainfo.az-a bölgədən verilən xəbərə görə, mayın 14-dən 15-nə keçən gecə Şəki rayonuna güclü küləklə müşahidə olunan yağış və dolu yağıb. 10-15 dəqiqə davam edən güclü dolu Şəki şəhərinə və ətraf kəndlərə böyük zərər vurub. Güclü dolu nəticəsində meyvə ağaclarına və tərəvəz bitkilərinə ciddi ziyan dəyib.
Digər xəbərlər