Respublikamızın bəzi rayonlarında yanğın baş verib

Respublikamızın bəzi rayonlarında yanğın baş verib

4 İyun 2019 09:04
Bəyəndim (0) Bəyənmədim (0)

Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində 1 ha biçilməmiş taxıl sahəsi yanıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Yevlax şəhərinin Aran qəsəbəsində ümumi sahəsi 90 m² olan talvarın yanar konstruksiyaları 30 m² sahədə və altına yığılan 300 kiloqram ot bağlamasının 100 kiloqramı yanıb. Talvarın, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağcabədi rayonunun Şahmalılar kəndində 15 ton ot bağlamasının 8 tonu yanıb, qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.