Bakının mərkəzində bina yanır – VİDEO

Bakının mərkəzində bina yanır – VİDEO

4 İyun 2019 12:38
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Yasamal rayonu, "Nizami" metrosu yaxınlığında yerləşən binada yanğın başlayıb.

Oxu.Az-ın məlumatına görə, yanğın Balababa Məcidov küçəsindəki hündürmərtəbəli binada qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Binanın səkkizinci mərtəbəsində başlayan yanğının söndürülməsi istiqamətində iş aparılır.