Beyləqan və Ağcabədidə yanğın baş verib

Beyləqan və Ağcabədidə yanğın baş verib

9 İyun 2019 06:35
Bəyəndim (0) Bəyənmədim (0)

Beyləqan rayonunun Qaralılar kəndində ümumi sahəsi 224 m² olan uşaq bağçasının yerləşdiyi birmərtəbəli binanın yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağcabədi rayonunun Aran kəndində 109 ton ot bağlamasının 74 tonu və ümumi sahəsi 50 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.