Abşeronda it 5 yaşlı uşağın başını parçalayıb

Abşeronda it 5 yaşlı uşağın başını parçalayıb

9 İyun 2019 08:54
Bəyəndim (0) Bəyənmədim (0)

Abşeronda it 5 yaşlı uşağı dişləyib.

Mediainfo.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, hadisə Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində baş verib.

Belə ki, 2014-cü il təvəllüdlü Abdullayev Məhəmməd Mətləb oğlunu qonşunun iti dişləyib. Azyaşlı başın təpə-ənsə nahiyəsinin cırılmış, didilmiş yarası ilə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Yaralının xəsarəti ağır olduğu üçün o, müalicəsini xəstəxanada davam etdirir.