Mahaçqalada tankerdə partlayış baş verib

Mahaçqalada tankerdə partlayış baş verib

11 İyun 2019 09:54
Bəyəndim (0) Bəyənmədim (0)

Mahaçqalada dəniz ticarəti limanında tankerdə partlayış baş verib.

Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, baş verən partlayış nəticəsində 2 nəfər yaralanıb. Hələlik 3 nəfərin taleyi barədə isə məlumat yoxdur. İlkin araşdırmalara görə, partlayışa səbəb qaz sızması olub. Hadısə yerində hüquq-mühafizə orqanları əməkdaşları işləyirlər. Partlayışla bağlı cinayət işi açılıb.