Şamaxıda taxıl sahəsi yanıb
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonunun Çöl Göylər kəndi yaxınlığında biçilmiş və biçilməmiş taxıl sahələrində yanğın olması barədə məlumat daxil olub.
Mediainfo.az-ın verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq texnika və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Digər xəbərlər






























































































