İsti havalar taxıl sahələrində yanğınlara səbəb olub

İsti havalar taxıl sahələrində yanğınlara səbəb olub

13 İyun 2019 08:56
Bəyəndim (0) Bəyənmədim (0)

Füzuli rayonunda 2,5 ha biçilməmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Mediainfo.az-ın verdiyi xəbərə görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində 6 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Samux rayonunun Lək kəndində 10 ha biçilmiş və 2 ha biçilməmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;