Çexiya Narek Sərkisyanı İrəvana ekstradisiya etməyəcək

Çexiya Narek Sərkisyanı İrəvana ekstradisiya etməyəcək

19 İyun 2019 14:42
Bəyəndim (0) Bəyənmədim (0)

"Çexiya hələlik Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın qardaşı oğlu Narek Sərkisyanı İrəvana ekstradisiya etməyəcək".

Bunu Ermənistanın baş prokuroru Artur Davtyan deyib.

Onun sözlərinə görə, Ermənistan hökuməti Narek Sərkisyanın qarşı tərəfə təhvil verilməsi ilə bağlı Çexiyadan məlumat almayıb.

Ermənistan KİV-də yayılan məlumata görə, Çexiya Ədliyyə Nazirliyi Sərkisyanın qardaşı oğlunu Ermənistana təhvil verməkdən imtina edib.

Narek Sərkisyan keçən il saxta Qvatemala pasportu ilə Çexiyaya keçməyə cəhd edərkən həbs edilib.

O, bundan başqa dövlətə məxsus pulları mənimsəməkdə ittiham olunur.(teleqraf.com)