Azərbaycanın bəzi rayonlarında yanğınlar baş verib
Biləsuvar rayonunda ümumi sahəsi 48 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 14 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Mediainfo.az-ın verdiyi xəbərə görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Ağcabədi rayonunun Hüsülü kəndində ümumi sahəsi 16 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Şəki şəhərinin Baş Küngüt kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 57 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 8 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.























































.jpg)
.jpg)






.jpg)





























