Azərbaycanın bəzi rayonlarında yanğınlar baş verib
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 3240 m² olan ikimərtəbəli tikilinin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 450 m² sahədə və içərisində olan dəzgah yanıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Qazax rayonunda ümumi sahəsi 30 m² olan tikilinin tavanı və içərisindəki məişət əşyaları 10 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 112 m² sahədə və 2 ədəd məişət avadanlığı yanıb. Yüksək temperaturdan evin plastik qapı və pəncərəsi əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli mağazanın mansardasının yanar konstruksiyaları, şüşə pambıq üzlüyü və mansardaya yığılan əşyalar 70 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.























































.jpg)
.jpg)






.jpg)





























