Azərbaycanın bəzi rayonlarında yanğınlar baş verib

Azərbaycanın bəzi rayonlarında yanğınlar baş verib

4 Avqust 2019 05:44
Bəyəndim (0) Bəyənmədim (0)

Bərdə rayonunda ümumi sahəsi 12 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Xaçmaz rayonunda ümumi sahəsi 35 m² olan olan talvarın yanar konstruksiyaları 15 m² sahədə və altına yığılan taxta taralar 10 m² sahədə yanıb. Talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Beyləqan rayonunda ümumi sahəsi 49 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 15 m² sahədə, yaxınlıqda yığılan 34 ton ot bağlamasının 6 tonu və ümumi sahəsi 58 m² olan qamışdan ibarət köməkçi tikili yanıb. Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.