Bakı-Sumqayıt yolunda qəza: 2 avtobus toqquşub

Bakı-Sumqayıt yolunda qəza: 2 avtobus toqquşub

8 Avqust 2019 10:21
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün saat 08.00 radələrində Bakı-Sumqayıt yolunda yağışlı hava şəraitində 525 saylı marşrut xəttinə məxsus olan sərnişin avtobusu "Hunday" markalı digər avtobusla toqquşub.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə APA-ya Faiq Xaliqoğlu MMC-dən bildirilib.

Qeyd olunub ki, yolun sürüşkən olması səbəbindən "Hunday" markalı avtobus daha sonra 199 saylı xətt üzrə hərəkət edən digər avtobusa dəyib.

Hadisə zamanı xəsarət alan olmayıb və nəqliyyat vasitələrinə yüngül ziyan dəyib.