Respuvblikamızın bəzi rayonlarında yanğınlar olub

Respuvblikamızın bəzi rayonlarında yanğınlar olub

14 Avqust 2019 09:06
Bəyəndim (0) Bəyənmədim (0)

Ağstafa rayonunun Köçəsgər kəndində 20 ton ot bağlamasının 5 tonu yanıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şamaxı rayonunun Dağ Bağırlı kəndində ümumi sahəsi 40 m² olan talvarın yanar konstruksiyaları 16 m² sahədə və altına yığılan 10 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamalarının və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.