Rusiyada təyyarə təcili eniş edib, sərnişinlər xəsarət alıblar
Rusiyada “Ural Airlines” təyyarəsinin paytaxt Moskva yaxınlığında təcili enişi zamanı aralarında 5 uşaq olan bəzi sərnişinlər xəsarət alıblar.
Xəstəxanaya yerləşdirilən sərnişinlərin vəziyyəti kafidir.
Mötəbər bir mənbə isə sərnişinlərdən 28 yaşında 1 nəfərin ağır vəziyyətdə olduğunu, 4 uşağın isə beyin silkələnməsi ilə xəstəxanaya çatdırıldığını bildirib.
***10:43
Rusiyanın “Ural Airlines” şirkətinə məxsus “Airbus-321” təyyarəsi Moskvadakı “Jukovskiy” hava limanından qalxdıqdan 15 dəqiqə sonra təcili eniş edib.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, təyyarədə 226 sərnişin və 7 heyət üzvü olub. Təyyarənin mühərrikinə quş girdiyi üçün yerə enmək məcburiyyəti yaranıb.
Hava limanından kənar boş bir əraziyə endikdən sonra təyyarənin mühərriki yerindən qopub.


















































.jpg)
.jpg)






.jpg)





















.jpg)













